Oxuduğunuz məqalə

Azərbaycan koronavirusla mübarizə aparmaq üçün vəsait yığır

 

Bu yazını paylaşın:


Tərcüməçi: Kərtənkələ

Mənbə: Eurasia.net 25.03.2020

Azərbaycan bölgənin ən varlı ölkəsi mövqeyində olmalıdır. Əgər belədirsə, onda niyə ölkə koronavirusun yayılmasının qarşısının alınmasına kömək məqsədilə xalqdan və qurumlardan ianə istəyir?

Keçən ayın əvvəllərində Azərbaycan hökuməti, koronavirusun yayılması ilə mübarizədə dəstək məqsədilə İrana və Ümumdünya Səhiyyə Təşkilatına ayrı ayrılıqda 5 milyon dollar yardım etdiyini açıqlamışdı. İndi isə həmin hökumət Azərbaycanda bu xəstəliklə mübarizə aparmaq üçün vətəndaşlardan, təşkilatlardan və müəssisələrdən yardım istəyir.

Prezident İlham Əliyev martın 19-da fondun yaradıldığını elan etdi və ilk ianələr hökumətdən (20 milyon manat və ya təxminən 12 milyon dollar) gəldi. Ardınca Prezident özünün bir illik maaşını da fonda ianə etdi. Tezliklə Prezidentin həyat yoldaşı və birinci vitse-prezidenti Mehriban Əliyeva və bir çox digər təşkilat və müəssisələr də fonda öz töhvələrini verdilər.

Dövlət Təhlükəsizlik Xidməti 800.000 manat və ardınca Day.az və Trend İnformasiya Agentliyi hər biri 50.000 manat məbləğində yardım etdi. Əliyevanın ailəsinin nəzarətində olan biznes nəhəngi "Pasha Holding" isə öz növbəsində 3 milyon avro və 2 milyon manat məbləğində ianələr etdi. Hər bir nazirlik, bank və telefonu şirkəti fonda vəsait göndərdi. Edilən bu ianələr Azərbaycan mediasında geniş formada işıqlandırıldı; təkcə Haqqin xəbər saytı fonda edilən ianələr barədə 96 (Eurasianet-in sayına görə) ədəd hekayə nəşr etdirdi.

Fondun rəsmi saytında 25 mart tarixinə fondun 80 milyon manata yaxın vəsait topladığı bildirilib.

Bu fondun yaradılması bərabərində çoxlu sualların da yaranmasına səbəb oldu. Bu sualların arasında ən fundamental olanı isə: Qafqazdaki digər ölkələrlə müqayisədə ən böyük dövlət büdcəsinə malik olan Azərbaycan hökuməti niyə belə bir yoldan istifadə edib vəsait yığan yeganə ölkədir?

Nazirlər Kabinetinin mətbuat katibi, hökumətin koronavirus məsələsi üzrə məsul şəxs kimi təyin etdiyi İbrahim Məmmədov, Eurasianet-in bu məsələyə dair sualını cavabsız qoydu.

Fondun nə qədər pul toplaya biləcəyi məlum deyil, lakin bu günə qədər yığılan vəsait, Əliyevin Fondun yaradıldığı gün büdcədən ayırdığı 1 milyard manatlıq yardım paketi ilə müqayisəde heçnədir. (Üstəlik, fonda ianə edən müəssisələrin çoxu əslində bu yardımları qəbul etməli olan müəssisələrdir.)

Əliyevin şərhlərindən belə başa düşülür ki, bu fondun yaradılma səbəbi koronavirusla mübarizədən daha çox xalqa milli duyğular aşılamaqdır.

O, 24 Mart tarixli televiziya müsahibəsində qeyd edib: “Fondun yaradılmasında əsas məqsəd hər bir insanın öz imkanları daxilində vətəndaş həmrəyliyini nümayiş etdirməsi, cəmiyyətimizin təməllərində olan həmrəylik və səxavətlilik keyfiyyətlərini bir daha nümayiş etdirməsidir. Özümüzə və bütün dünyaya necə böyük bir millət olduğumuzu göstərməkdir”

Digərləri isə neft qiymətlərinin son vaxtlar düşdüyünü və onsuz da ağırlaşan iqtisadiyyat vəziyyəti nəzərə alaraq hökumətin əslində pula ehtiyacı olduğunu düşünür.

Berlində yaşayan Azərbaycanlı analitik Altay Göyüşov bu məsələ ilə bağlı fikirlərini öz şəxsi Facebook səhifəsində paylaşıb: “Yığılan pulun koronavirusla mübarizəyə heç bir dəxlisi yoxdur – neftin qiyməti düşür və bu da vəziyyətdən çıxmaq üçün atılan addımlardan biridir, dənizdə boğulan adamın saman çöpünə sarılması kimi birşeydir. Dünyanın hər yerində dövlətlər xalqlarına kömək etdiyi halda Azərbaycanda vəziyyət yenə həmişəki kimidir – xalq dövlətə kömək edir.”

Berlin mərkəzli Azərbaycan şəbəkəsi Meydan TV-nin jurnalisti Həbib Müntəzir məlumat verir ki, məmurlar, müəllimlər, və digərləri “maaşlarını koronavirus fonduna ianə etməyə məcbur olunurlar... İlham Əliyev qürurla deyir ki, o biri ölkələr bizdən öyrənirlər. O biri ölkələrə fikir verməyin – virusun özü də Əliyevin etdiklərini görüb şoka düşüb.”

Pul yığma səyləri hamıya tam məlum olsa da, Azərbaycanın COVID-19 xəstəliyinin yayılmasına qarşı mübarizəsi daha az diqqət mərkəzindədir. Ölkə, qonşuları ilə müqayisədə bir addım geridə qalmağa davam edir: İranda xəstəliyin geniş vüsət almasından sonra bu ölkə ilə sərhədləri bağlayan sonuncu ölkə Azərbaycan idi. Azərbaycan həmçinin məktəb və digər müəssisələri bağlamaq baxımından da qonşularından gec hərəkətə keçdi. Həm Gürcüstanda, həm də Belarusiyada xəstəliyə ilk yoluxma halları Azərbaycan ərazisindən səyahət edən insanlarda tapılmışdı və bu insanlar Azərbaycandan keçərkən onlarda xəstəlik aşkarlanmamışdı. Rusiyada, İsraildə və Küveytdə qeydə alınan xəstələrin arasında da yaxın vaxtlarda Azərbaycandan ərazisindən keçmiş insanlar var idi.

Bütün bunlara baxmayaraq xəstəlik, ən azından rəsmi məlumatlara görə, Azərbaycanda nisbətən yavaş yayılma tempine malikdir. 25 mart tarixinə qədər, Azərbaycanda COVID-19-a 76 yoluxma halı aşkarlanmışdır; bunlardan bir nəfər vəfat etmiş, 10 nəfər isə sağalaraq evə buraxılmışdır.

Bakıdakı anonim bir mənbə, rəsmi məlumatlara qarşı kifayət qədər şübhəli bir yanaşmanın olduğunu qeyd etdi. Mənbə həmçinin əlavə etdi ki, Azərbaycanın iç-içə yaşayan cəmiyyəti və sosial mediası xəstəlik nəticəsində baş verən ölüm hallarının gizlədilməsini qeyri-mümkün edəcəkdir. Mənbə, Eurasianet-ə bildirdi ki, "Əgər daha çox insan ölmüş olsaydı bu barədə mütləq eşidərdik."

Azərbaycan hökuməti böhrandan yararlanaraq siyasi müxalifətə agressiv şəkildə hücum etdi. Martın 19-dakı çıxışı zamanı Əliyev, müxalifət nümayəndələrini açıq şəkildə təhdid edərək onları koronavirusdan istifadə edərək panika atmosferi yaradan "beşinci kolon" adlandırdı. Bunun nəticəsində "izolyasiya" edilə biləcəklərini deyərək nümayəndələrə xəbərdarlıq etdi.

Qısa müddət ərzində rəhbər orqanlar bu xəbərdarlıqlara əməl etməli oldular. Tanınmış müxalifətçi Tofiq Yaqublu, "uydurma xuliqanlıq ittihamı" ilə həbs olundu.

“Lazımi məlumatları xalqa çatdırmaq və COVID-19-a dair ictimai problemləri həll etmək əvəzinə Azərbaycan, tənqidçilərə qarşı amansız hücumlarını davam etdirmək üçün utanmadan bu pandemiyadan istifadə etməyə çalışır. Rəsmi Bakı Yaqublunu dərhal azad etməlidir!”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli daha iki müxalif şəxsin də koronavirusla əlaqəli bəhanələrlə həbs olunduğunu bildirdi.

Joshua Kucera, Eurasianet-in Türkiyə/Qafqaz regionu üzrə redaktoru və “The Bug Pit”-in müəllifidir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching