Oxuduğunuz məqalə

Aprelin 27-dən Azərbaycanda mağazalar açılacaq, küçədə əvvəlkindən bir saat daha artıq qalmaq mümkün olacaq – karantin rejimində yumşalma başlayır by Kərtənkələ

1 min read

Bu yazını paylaşın:

JAM News

Aprelin 27-dən Azərbaycanda karantin rejiminə görə bağlanan demək olar ki, bütün mağazalar (ticarət mərkəzlərində yerləşənlər istisna olmaqla) açılacaq. Həmçinin repetitor fəaliyyətinə də icazə verilib. Karantin rejimi mayın 4-də bitəcək.

Vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyət hələlik qüvvədə qalır və hələ də evdən çıxmaq üçün hakimiyyətdən sms vasitəsilə icazə almaq lazımdır. Amma hazırda gün ərzində hər kəsə 2 saatlıq icazə verilirsə, aprelin 27-dən sonra 3 saat küçədə qalmaq mümkün olacaq.

Ötən sutka ərzində Azərbaycanda COVID-19 virusuna yoluxan daha bir nəfər vəfat edib – onun 85 yaşı olub və o, ürək işemiyası, arterial hiperteziya və aterosklerotik kardiosklerozdan əziyyət çəkib.

Həmçinin sutka ərzində 44 yeni yoluxma halı və 65 sağalma qeydə alınıb.

Beləliklə, rəsmi statistikaya görə, indiyə qədər Azərbaycanda 1592 nəfər virusa yoluxub, onlardan 21 nəfər ölüb, 1013 nəfər isə sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının fikrincə, yoluxma hallarının yüksəliş və daha sonrakı azalma göstəriciləri epidemiya pikinin artıq geridə qaldığını göstərir. Amma bunu əminliklə demək və rahatlaşmaq hələlik tezdir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

No results.

Searching