Oxuduğunuz məqalə

Amerikalı konqresmen: Gürcüstanda Türkiyə əleyhinə çıxışların arxasında Rusiya dayanır

 

Bu yazını paylaşın:

JAMNews

Amerikalı konqresmen Adam Kinzinger Gürcüstanda Türkiyə əleyhinə əhvalın qızışdırılması cəhdində Rusiya izini görür. Konqresmen Twitter-də paylaşdığı bəyanatda yazıb ki, Rusiya fəal şəkildə Gürcüstanda oktyabrın sonunda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə çalışır.

Kinzinger hesab edir ki, Türkiyəyə qarşı bəyanatlarla Moskva Gürcüstan vətəndaşlarının diqqətini Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı məsələsindən yayındırmağa çalışır.

Konqresmen Acariya regionunun Türkiyə tərəfindən təhlükə altında olduğuna dair bəyanatı cəfəngiyat adlandırıb.

“Türkiyə – Gürcüstanın və ABŞ-ın mühüm strateji tərəfdaşıdır. Amma məni narahat edən odur ki, mahiyyət etibarilə bu bəyanat Rusiyanın Gürcüstan ərazilərinin üçdə birini qanunsuz işğal etməsi ittihamından yayınmağa və Gürcüstanda keçiriləcək vacib seçkilərdə öz rolunu effektiv oynamağa çalışdığına dəlalət edir”, – Kinzingerin bəyanatında deyilir.

Konqresmen siyasi partiyaları xarici sponsorlarla bağlı informasiyaları şəffaf etməyə, təxribatçı və təhlükəli ritorikadan uzaq olmağa çağırıb.

“Dünya Gürcüstanın demokratiya yolunda bu mühüm addımlarını izləyir və ümid edirəm ki, seçkilər azad və ədalətli keçəcək, yalnız Gürcüstan xalqının iradəsini ifadə edəcək”, – Kinzinger yazıb.

Moskva “Vətənpərvərlər Alyansına” Abxaziyaya səfərlə bağlı narazılıqların öhdəsindən necə gələcəklərinə dair məsləhət verir

Kinzingerin bəyanatı böyük ehtimalla seçkiqabağı kampaniya çərçivəsində Acariya paytaxtı Batumidə təxribatçı bannerlər yerləşdirən rusiyayönlü “Vətənpərvərlər Alyansı” partiyasının atdığı addıma cavabdır. Ölkə xəritəsinin əks olunduğu həmin bannerlərdə Acariya işğal olunmuş Abxaziya və Cənubi Osetiya ilə eyni rənglə göstərilib və üzərində “Acariyanı müdafiə edək! Öz Gürcüstan payını müdafiə et!” sözləri yazılıb.

Eyni zamanda Rusiyanın “Dosye” araşdırma platforması tərəfindən dərc olunan sənədlərə əsasən, “Vətənpərvərlər Alyansının” seçkiqabağı kampaniyası Rusiya tərəfindən maliyyələşdirilir və kampaniyaya Rusiya hakimiyyəti ilə əlaqəli şəxslər rəhbərlik edir.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching