Oxuduğunuz məqalə

Amerika Birləşmiş Ştatlarının Güc Boşluğu Riskləri Ermənistan-Azərbaycan Arasındakı Şiddəti Artırır

 

Bu yazını paylaşın:

Müəllif: Thomas de Waal, Politico Europe, 29 Sentyabr 2020

Tərcüməçi: Kərtənkələ Press

Türkiyənin iştirakı, İranın yaxınlığı, Rusiyanın müəmmalı rolu və regionda əsas neft və qaz kəmərlərinin mövcudluğu Ermənistan və Azərbaycan arasında olan yeni şiddəti sürətli bir şəkildə beynəlxalq baş ağrısına çevirə bilər.

İmzalandıqdan iki dekadadan çox bir müddət sonra, Avropanın ən uzun müddət davam edən münaqişəsinə əsasən qapaq  olan atəşkəs müqaviləsi pozuldu.

Bazar günü Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağın seperatçı ərazilərində baş verən toqquşma 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən bəri ən ciddi toqquşma kimi görünür.

Və indi tamamilə ermənilərin yaşadığı, ancaq hələ də rəsmi olaraq Azərbaycanın bir parçası hesab olunan bölgə üzərində toqquşmalar daha yeni başlamış ola bilər.

İki yeni amil daha çox eskalasiya və kütləvi qırğın riskini qorxunc dərərəcədə artırır.

Birincisi Rəcəb Tayyib Ərdoğanın Türkiyəsidir - Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu olaraq adlandırılan, münaqişədə vasitəçilik edən yeganə beynəlxalq orqanın bir üzvü və əsas bir gücü - Azərbaycanı açıq şəkildə dəstəklədi və Ermənistanı "bölgədəki sülh və əmin-amanlığa ən böyük təhdid" elan etdi.

Türkiyə həmişə öz türk qardaşı - Azərbaycana siyasi dəstək verərək, Ankara da əvvəlcə münaqişənin sülh yolu ilə həllinə çağıraraq Bakı üzərində məhdudlaşdırıcı təsir göstərən kimi davrandı.

O günlər bu vaxta qədər münaqişə ətrafında hakim olan geopolitik tarazlığı pozaraq artıq bitmiş kimi görünür.

İkinci amil Amerika Birləşmiş Ştatlarının qeyri-adi bir şəkilde bağlantısız olmasıdır.

1997-ci ildən bəri, Vaşinqton Fransa və Rusiya ilə birlikdə Minsk Qrupunun vasitəçilik səylərinin üç həmsədrlərindən biridir. 2001-ci ildə daha iddialı vaxtlarda, ABŞ Ermənistan və Azərbaycan prezidentlərini qısa müddətə münaqişəyə həll təklifi verən ABŞ-ın böyük vasitəçilik görüşünə Florida, Key West-ə dəvət etdi.

Yenə də bazar günü baş verən şiddətdən sonra, Vaşinqton bu regionda olan marağının geri çəkildiyini bəyan edən son beynəlxalq oyunçu oldu. Bu, eyni zamanda, Bakıdakı yarımçıq qalmış Tramp Qülləsinin sponsoru olan Prezident Donald Trampın Ermənistana və Azərbaycana yalnız işgüzar baxış bucağından baxmasına işarədir.

Alovlanma ABŞ-ın regional münaqişələri təsirsiz hala gətirmək üçün artıq hərəkət etmədiyi bir dünyanın simptomu kimi də qəbul edilə bilər. Nəticə olaraq Dağlıq Qarabağ Suriya və Liviyadakı qarşıdurmalardan sonra Türkiyənin Rusiya ilə üz-üzə gəldiyi üçüncü münaqişə zonasıdır.

Balkanlarda olan vəziyyətdən tam fərqli olaraq, Avropa Birliyi bu münaqişədə heç vaxt rol oynamamışdır. 1990-cı illərdə müharibə başlayanda Aİ-nin hazırda sahib olduğu bir geosiyasi rola sahib olması iddiaları yox idi. 1997-ci ildən bəri Fransa üçüncü vasitəçi olmuşdur, lakin Fransa prezidentlərinin vaxtaşırı müdaxiləsinə baxmayaraq, münaqişənin həlli üçün davamlı maraq göstərilməmişdir.

Bütün bunlar yüksək dərəcədə istifadə olunmayan beynəlxalq potensialla nəticələndi. Gərəksiz diplomatik fəaliyyətlə gedən illər: 2006-cı ilə gedib çıxan bir çərçivə sənədinin layihəsi üzərində müzakirələr və ya bir neçə ATƏT müşahidəçilərinin yerləşdirilməsinə dair mübahisələr.

Siyasi status məsələsinin necə həll ediləcəyi və ya iki tərəfi bir-birindən ayırmaq üçün kimin sülhməramlı qüvvə heyətini təmin etməsinə inandırılması kimi böyük məsələlərdən isə yan keçildi və ya Rusiya diplomatlarının öhdəsinə buraxıldı.

Qafqazın zirvələrində, tələffüz oluna bilməyən adı ilə bu uzaq münaqişə barədə nalə etsələr də avropalıların və amerikalıların sonda bununla daha ciddi məşğul olmaqdan başqa çarələri qalmayacaq. Türkiyənin iştirakı, İranın yaxınlığı, Rusiyanın müəmmalı rolu və əsas neft və qaz kəmərlərinin mövcudluğu bu regiounu lokal alovlanma sürətli bir şəkildə beynəlxalq baş ağrısına çevirə bilər.

Əlbəttə ki burada humanitar öhdəliklər də var. Bölgədə son dəfə geniş miqyaslı müharibə başlayanda təxminən 20.000 insan öldürülmüş və 1 milyondan çox isnan isə evlərindən didərgin düşmüşdür. Hər iki ölkə müharibə dayandıqdan sonra ağır artilleriya, hücum təyyarələri, dronlar və uzaq mənzilli raketlər alaraq qorxunc bir hərbiləşməyə məruz qalmışlar, çünki hər iki tərəfdə qorxu oyandıran aqressiv ritorikada heç vaxt atəşkəs olmamışdır.

Oxşar dağıntıların iki Avropa ölkəsində yenidən baş verməsi qəbuledilməzdir.

1992-ci ildə yeni yaradılan Minsk Qrupu, münaqişənin həll etmək üçün beynəlxalq konfrans çağırmış, ancaq bu heç zaman baş verməmişdir. Bu konfransı çağırmağın vaxtı gəlib.

Mənbə

Şərhlər?

Fikirlərinizi eşitmək istərdik.

Müəlliflər

Etiketlər

No results.

Searching